Bu gün axşam saatlarında Şəki rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəza zamanı 3 nəfər hadisə yerində ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunur ki, yol-nəqliyyat hadisəsindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicəsi davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.