Şəki rayonu Kiş kəndində bir ailənin 4 üzvü zəhərlənib.
KONKRET.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Taryel Abdullayev, həyat yoldaşı 1993-cü il təvəllüdlü Billur Abdullayeva və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi ilə xəstəxanaya müraciət ediblər.
Tibbi yardımdan sonra onların vəziyyətləri stabilləşib. Hazırda müalicələri Şəki Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.//Oxu.az