Şəkidə iki gün əvvəl düzəldilən körpünü yenə sel apardı – VİDEObackend

Şəkidə iki gün əvvəl düzəldilən körpünü yenə sel apardı - VİDEO

Şəkidə sel suları bir sıra fəsadlara səbəb olub. Belə ki, yağan yağışlar nəticəsində Göynük kəndinin Baş Şabalıda birləşdirən ərazisində körpünü su aparıb. Nəticədə, sakinlərin gediş-gəlişi məhdudlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

“Suötürücü yağış suyunu götürmür. Bu hadisə tez-tez baş verir. İki gün əvvəl də dağılmışdı, düzəltdilər, yenə dağıldı. Əkin sahələrimiz kənddən aşağı hissədədir, keçə bilmirik. Bu səbəbdən bu gün işlərimizi görə bilmədik”, – deyə kənd sakin bildirib.

“Özümü təhlükəyə atıb çörək almağa keçmişəm. Camaat ac-susuz qalacaq. Daşqınlar olur. Sel sularına görə pis vəziyyətdəyik. İşıqlarımız da yanmır”, – başqa bir sakin qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*