Türkiyənin Antalya şəhərində rusiyalı turist qadın selfi çəkərkən yıxılıb.
KONKRET.az xəbər verir ki, məlumatı “ Shot” Teleqram kanalı yayıb.
Bildirilib ki, hadisə Antalyanın Muradpaşa rayonunda baş verib.
28 yaşlı Nailə Vahidova (Nailə Vohidova) selfi çəkmək üçün qayalara dırmaşıb, lakin tarazlığını itirərək hündürlükdən birbaşa sal daşların üzərinə yıxılıb.
Yerli sakinlər xəsarət almış qızı görüb təcili yardım xidmətinə zəng ediblər.
Qadının ayağında ciddi xəsarətlər aşkarlanıb.