Xaçmaz rayonunda daha bir intihar hadisəsi baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, rayonun Qaradağlı kənd sakini Səlimə Əzizova özünü yaşadığı evdə asaraq intihar edib. Əldə etdiyimiz məlumata görə, 1962-ci il təvəllüdlü qadının psixi problemləri olub. Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Cəlal Fərzəliyev,
Konkret.az
