Şəmkir sakini qohumuna tüfənglə atəş açdıbackend

Şəmkir sakini qohumuna tüfənglə atəş açdı

Şəmkirdə qohumunun qətlə yetirmək istədiyi şəxs son anda xilas olub.

KONKRET.az-ın məlumatına görə, hadisə Yenihəyat kəndində baş verib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov faktı təsdiq edərək bildirib ki, bu gün 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da, sonuncu heç bir xəsarət almayıb:

“Hadisə yerindən yayınan Nurlan Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*