Şəmxaninin qızının dəbdəbəli toyu yenidən gündəmdə – VİDEObackend

Şəmxaninin qızının dəbdəbəli toyu yenidən gündəmdə - VİDEO

Sosial şəbəkələrdə İranın ali rəhbərinin müşaviri və Ali Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxaninin qızının toy mərasimindən videolar yenidən yayılıb.

KONKRET.az xəbər verir ki, kadrlar ictimaiyyətdə geniş müzakirələrə və tənqid dalğasına səbəb olub. Bu nikah mərasimi ötən il Tehranın lüks “Espinas Palas” otelində baş tutmuşdu və “Arman Melli” qəzeti həmin vaxt “Espinas Persian Otelində toy qalmaqalı” başlıqlı məqalə dərc etmişdi.

Qəzetin məlumatına görə, mərasimin xərci təxminən 1 milyard 400 milyon tümən (14 min 703 $) olub. Məqalə müəllifi qeyd etmişdi ki, ölkədə iqtisadi sanksiyalar və inflyasiya şəraitində belə bir dəbdəbənin nümayişi, sadə vətəndaşlardan səbir və təmkin gözləyən hakimiyyət üçün suallar doğurur.

Yeni yayılan görüntülər İran cəmiyyətində sosial bərabərsizlik, korrupsiya və elitanın həyat tərzi mövzusunda mübahisələri yenidən alovlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*