ABŞ Prezidenti Donald Trampın administrasiyası Malidə “İslam və Müsəlmanlara Dəstək Qrupu”na (JNIM – “Əl-Qaidə” terror təşkilatına bağlı qruplaşma) qarşı hərbi əməliyyat keçirmək imkanlarını dəyərləndirir.
KONKRET.az xəbər verir ki, “The Washington Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, administrasiya daxilində bu məsələ ilə bağlı yekdil mövqe yoxdur.
Ağ Ev isə bəyan edib ki, Sahel regionunda terrorizm ümumi təhlükə olaraq qalır və müttəfiqləri “JNIM” və “İŞİD”-ə qarşı mübarizəyə dəstək verməyə çağırıb.
Eyni zamanda Vaşinqton Malidə təhlükəsizliyin təmin edilməsində Rusiyanı uğursuzluqda ittiham edib. ABŞ hesab edir ki, Mali Qərblə münasibətləri kəsdikdən sonra ölkədə fəaliyyət göstərən Rusiya hərbi strukturları sabitliyi təmin edə bilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
