“Biz öz yurdlarından kənarda sürgün həyatı yaşayan, lakin öz ata-baba torpaqlarına qayıtmaq istəyən bütün azərbaycanlıların yanındayıq. Biz onların qayıdış hüququnu 100 faiz dəstəkləyirik”.
KONKRET.az xəbər verir ki, bu fikirlər Sent Maarten-in hökumət müşaviri, jurnalist Lourens Alston Alvarinonun Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarında paylaşılan müraciətində qeyd olunub.
“Biz öz ata-baba torpaqlarımızda hələ də nəzarət altında yaşayan insanlar kimi azad olmaq istəyən hər bir ölkəni və azadlığa layiq olan hər bir xalqı dəstəkləyirik. Yer üzündə azad yaşamaq haqqına sahib olan hər kəsin yanındayıq.
Azərbaycanın gördüyü bütün işləri, rəsmi Bakının həyata keçirdiyi bütün addımları dəstəkləyirik və hamınıza möhtəşəm, sülh və əmin-amanlıq arzulayırıq”, – deyə Alvarino bildirib.
