Sentyabrda 8 gün iş olmayacaqbackend

Sentyabrda 8 gün iş olmayacaq

Sentyabr ayında Azərbaycanda vətəndaşlar ümumilikdə 8 gün istirahət edəcəklər.

KONKRET.az xəbər verir ki, ay ərzində qeyri-iş günləri yalnız şənbə və bazar günlərinə təsadüf edir. Bu səbəbdən sentyabrda əlavə bayram və ya digər rəsmi istirahət günü nəzərdə tutulmayıb.

Beləliklə, sentyabr ayında ümumilikdə 22 iş günü olacaq, 8 gün isə həftəsonu ilə əlaqədar qeyri-iş günü hesab ediləcək.

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Lakin bu tarix qanunvericiliyə əsasən iş günü hesab edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*