İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin hesablamalarından kənara çıxan “sürpriz əməliyyatlar” həyata keçirməyə hazır olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Bəyanat SEPAH-ın yaradılmasının ildönümü münasibətilə verilib. Qurum bildirib ki, İran hərbçiləri “döyüş meydanında yeni kozırlardan istifadə etməklə” potensial rəqiblərin addımlarına qarşı durmaq gücündədir.
Həmçinin vurğulanıb ki, SEPAH qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və regionda gərginlik daha da artacağı təqdirdə yeni zərbələr endirməyə hazırdır.
Qeyd edək ki, bu açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda verilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
