Sepah Azərbaycanda hicab mövzusundan ölkəmizə qarşı istifadə edirbackend

Sepah Azərbaycanda hicab mövzusundan ölkəmizə qarşı istifadə edir

İranın Sepah-a bağlı Sepah Pasdaran kanalı Azərbaycanda hicab qadağasına qarşı etirazların artdığını iddia edir və bu iddiaları Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevirir.

KONKRET.az Təbriz Turan TV-yə istinadən xəbər verir ki, Azərbaycanın quzeyində hicabın ümumi qadağası olmadığı halda, Sepah-a bağlı şəxslərin pul əskinaslarının üzərinə “Hicaba azadlıq!” şüarı yazdıqları, müxtəlif yerlərə bu şüarla divar kağızları yapışdırdıqları, onların şəklini çəkərək Sepah-a göndərdikləri bildirilir. Sepah isə bu görüntülərdən Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün istifadə edir.

Məqsəd hicab məsələsindən istifadə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkəmizdə ictimai rəyi manipulyasiya etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*