SEPAH rəsmisi ABŞ-ın addımlarına “ad tapdı”backend

SEPAH rəsmisi ABŞ-ın addımlarına “ad tapdı”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Əzmay ABŞ-ı Hörmüz boğazından neft tankerlərinin keçirilməsi cəhdlərinə görə tənqid edib.

KONKRET.az-ın Globalinfo.az-a istinadən xəbərinə görə, o bildirib ki, ABŞ boğazdan 4-5 neft tankerinin keçidini həyata keçirmək üçün bütün imkanlarını səfərbər edib.

Əzmay Vaşinqtonun bu hərəkətlərini “xırda qaçaqmalçının” davranışına bənzədib.

Bundan əvvəl İran hərbçiləri Hörmüz boğazından keçərkən naviqasiya və identifikasiya sistemlərini söndürən gəmilərin düşmən kimi qiymətləndiriləcəyi və onlara qarşı qəti tədbirlər görüləcəyini bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*