Nazirə hücum edildi: burnu sındıbackend

Nazirə hücum edildi: burnu sındı

Serbiyanın mədəniyyət naziri Nikola Selakovic paytaxt Belqradda hücuma məruz qalıb. 

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkə Prezidenti Aleksandr Vuçiç açıqlayıb.

Onun sözlərinə görə, nazirə ölkədə davam edən kütləvi etiraz aksiyaları fonunda hücum edilib.

“Blic” portalının məlumatına əsasən, insident zamanı Selakoviçin burnu sınıb və o, hazırda xəstəxanadadır.

Xatırladaq ki, Serbiyada 4 aydan çoxdur etiraz aksiyaları keçirilir. Aksiyalar ötən il noyabrın 1-də ölkənin Novi-Sad şəhərində dəmiryolu vağzalında beton talvarın uçmasından sonra başlayıb. Hadisə zamanı 15 nəfər həlak olmuşdu. Etirazçılar hökumətdən faciənin açıq şəkildə araşdırılmasını və 2024-cü ildə vağzalda aparılan təmir işlərinə dair bütün sənədlərin nəşr edilməsini tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*