Sərdar Ortaç həbs edildibackend

Sərdar Ortaç həbs edildi

Türkiyəli müğənni Serdar Ortaç qanunsuz mərc oyunlarını reklam və təşviq etməkdə ittiham olunduğu iş üzrə İstanbulda məhkəmə qarşısına çıxıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun apardığı istintaqın nəticəsində Ortaç “Qanunsuz mərc oyunlarının reklamı və təşviqi” maddəsi ilə mühakimə edilib.

Məhkəmə Serdar Ortaça 10 ay həbs və 400 TL pul cəzası verib. Lakin məhkəmə kollegiyası hökmün elanını təxirə salıb.

Qeyd edək ki, müğənni Serdar Ortaçın və məşhur şoumen Mehmet Ali Erbilin qanunsuz mərc oyunlarını təşviq etmələri iddiası daha əvvəl də müzakirə edilmişdi. Ortaçın və Erbilin barəsində məhkəmə nəzarəti olaraq “ev dustaqlığı” qərarı çıxarılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*