Sergey Lavrov: “Suriyanın yeni rəhbərliyi Qərbin təzyiqi altındadır”backend

Sergey Lavrov: “Suriyanın yeni rəhbərliyi Qərbin təzyiqi altındadır”

Qərb Suriyanın yeni hakimiyyət orqanlarına böyük təzyiq göstərir və zorakılığa yol verir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov  deyib: “Aydındır ki, Suriyanın yeni lideri Əhməd əl-Şaraa və onun tərəfdaşları hazırda Qərbin böyük təzyiqi altındadır. Amerikalılar, avropalılar fəallaşıb və hamı Suriyada daxili sabitliyə mane olmaq üçün çalır”.  Nazir Qərb siyasətçilərinin Suriya ilə bağlı bir sıra bəyanatlarını da “diplomatik zülm” adlandırıb:

“Qərbin eqoistliyinə gəlincə, Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kalas  Estoniya kimi mühüm dövlətin xarici işlər nazirini Rusiya  ilə əməkdaşlığı dayandırmasını tələb etdi.  Estoniyanın Dəməşqdəki yeni səlahiyyətlilərə Rusiya hərbi bazalarını Suriyadan çıxarana qədər dəstəkləməyəcəyini söylədi. Təsəvvür edirsiniz ki, bu nə qədər dəhşətlidir? Ona görə də bu cür diplomatik tiranlıq adi hala çevrilir. Ukrayna hakimiyyəti belə davranır, onlarla razılaşmayanların hamısını təhqir edir, avropalı qonşularımız belə davranırlar. Ümid edirəm ki, həyat onlara istisnasız olaraq bütün dövlətlərin maraqlarına hörmətlə yanaşmağı və neokolonial vərdişlərdən əl çəkməyi öyrədəcək”, – deyə Rusiya XİN rəhbəri yekunlaşdırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*