Sərhəddə son tarix bəlli oldu: Delimitasiya nə vaxt yekunlaşacaq?backend

Sərhəddə son tarix bəlli oldu: Delimitasiya nə vaxt yekunlaşacaq?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının Sovet dövründə mövcud olmuş sərhəd xəritələri əsasında aparılacağını bəyan edib. Bu açıqlama iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesinin hansı müddətdə başa çatacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəs Azərbaycan-Ermənistan sərhədinin bütün xətti üzrə delimitasiya prosesi nə vaxt yekunlaşa bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, delimitasiya uzunmüddətli və mürəkkəb prosesdir:

“Bu, davam edən prosesdir. Delimitasiya müəyyən mənada torpaq sahələrinin qarşılıqlı mübadiləsi və razılaşdırılması ilə bağlı məsələdir. Ona görə də prosesin dəqiq vaxtını müəyyənləşdirmək çətindir. Hər halda, sərhədin delimitasiyasının 2027-ci ilə qədər başa çatdırılması mümkündür. Əgər bu müddətdə yekunlaşmasa, prosesin 2028-ci ilə qədər tamamlanacağı ehtimalı daha yüksək görünür”.

Ekspertin sözlərinə görə, tərəflər arasında əldə olunacaq siyasi razılaşmalar və texniki işlərin sürəti delimitasiya prosesinin yekun tarixini müəyyən edən əsas amillər olacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə komissiyaların fəaliyyəti davam edir. Son aylarda tərəflər sərhədin bir sıra hissələrində ilkin razılaşmalar qazanıblar. Bununla belə, bütün sərhəd xətti üzrə yekun delimitasiya hələ tamamlanmayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*