Sərvətini kənd üçün xərcləyən milyonçu – 200 inək kəsib bayram etdi, pulsuz məktəb tikdibackend

Sərvətini kənd üçün xərcləyən milyonçu - 200 inək kəsib bayram etdi, pulsuz məktəb tikdi

2020-ci ilin iyununda Tanzaniyanın şimalından olan sadə çoban və yoxsul mədənçi Saniniu Leyzer elə bir kəşf etdi ki, bu, onun və bütün kəndin həyatını həmişəlik dəyişdi. Kilimancaro dağının ətəyindəki Mirerani təpələrində mədən işləyərkən Leyzer iki nəhəng tanzanit parçası tapdı. Tanzanit yalnız bu bölgədə tapılan və parlaq mavi-bənövşəyi çaları ilə qiymətləndirilən qiymətli daşdır. İki daşın çəkisi birlikdə 15 kiloqram idi və bu, o vaxta qədər tapılmış ən böyük tanzanitlər sayılırdı. Leyzer onları Tanzaniya Minerallar Nazirliyinə gətirəndə hökumət daşları 3,35 milyon dollara satın aldı və o, bir anda sadə mədənçidən milyonçuya çevrildi.

Amma hekayə bununla bitmədi. Bir neçə həftə sonra uğur ona yenidən üz gətirdi: o, çəkisi 6,3 kiloqram olan üçüncü tanzanit tapdı və onu daha 2,1 milyon dollara satdı. Lakin dünyanı heyran edən onun sərvəti yox, təvazökarlığı və səxavəti oldu. Leyzerin 4 arvadı və 30-dan çox uşağı var (ölkədə əhalinin əksəriyyəti müsəlmandır). O, lüksün dalınca qaçmaq əvəzinə sərvətini icmasının inkişafına yönəltməyə söz verdi. Tanzaniya mediasına belə dedi: “Kəndimin uşaqları üçün məktəb və insanların işləyib layiqli yaşaya bilməsi üçün ticarət mərkəzi tikəcəyəm.”

Sözünə sadiq qalan Leyzer Simancirо rayonunda 600 şagirdlik pulsuz məktəb tikməyə başladı və yoxsul ailələrin uşaqlarına üstünlük verdi. “Yoxsul uşağın təhsil almaq üçün varlı valideynlərə ehtiyacı yoxdur”, – dedi. – “Özüm təhsil almamışam və istərdim ki, bizdə layiqli mütəxəssislər çoxalsın.” Bu hadisəni qeyd etmək üçün o, böyük kənd bayramı təşkil etdi, 200-dən çox inək kəsdirdi və hamını sevincini bölüşməyə dəvət etdi.

Dürüstlüyünə və ölkəyə verdiyi töhfəyə görə Leyzer o vaxtkı vitse-prezident Samia Suluhu Həsən tərəfindən mükafatlandırıldı. Onun hekayəsi uğur, iman və fədakarlıq haqqında müasir təmsilə çevrildi və sübut etdi ki, əsl zənginlik saxladığında yox, verdiyindədir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*