Səudiyyədə, ya da Ukraynada ölmək istəmirik – Melanşonbackend

Səudiyyədə, ya da Ukraynada ölmək istəmirik - Melanşon

Fransa heç bir halda Ukrayna münaqişəsində tərəfi olmamalı və NATO-nun digər hərbi avantürasında iştirak etməməlidir.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu “Əyilməz Fransa” partiyasının təsisçisi və 2027-ci il seçkilərində prezidentliyə namizəd Jan-Lük Melanşon Klermon-Ferrandda (mərkəzi Fransa) keçirilən mitinqdə çıxış edərkən deyib.

“Mən istəyirəm ki, “Əyilməz Fransa”nın mövqeyi çox aydın eşidilsin: Ukraynada və ya Səudiyyə Ərəbistanında döyüşlərdə tərəf olmaq üzləşmək istəmədiyimiz ciddi təhlükə yaradır”, – deyə siyasətçi bildirib.

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandonun açıqlamalarını şərh edən Melanşon vurğulayıb ki, fransızlar NATO-nun “hərbi sərgüzəştləri” üçün ölməməlidirlər.

“Xeyr, general Mandon, biz uşaqlarımızı və nəvələrimizi NATO tərəfindən hazırlanmış şübhəli əməliyyat naminə ölməyə hazırlamayacağıq”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*