Türkiyədə gənc qız vəhşicəsinə qətlə yetirilib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Muğlada qeydə alınıb.
5 gündür itkin düşən tələbə, 27 yaşlı Pınar Gültekinin cansız bədəni tapılıb. Hadisədən sonra gənc qızın keçmiş sevgilisi Cemal Metin Avcı cinayəti etiraf edib. O cinayətinə səbəb kimi Pınarın yenidən sevgili olmaq təklifini qəbul etməməsini göstərib. Cemal Pınarı öz bağ evinə aparıb orada qızı boğaraq öldürüb, sonra yandırıb daha sonra isə betonla basdırıb.
Qeyd edək ki, Cemal başqa bir qadınla evli olub və bir qızı var.




