Sevinc Abbasovanın məhkəməsinə jurnalistlər buraxılmadı – Yenilənib + Fotolarbackend

Sevinc Abbasovanın məhkəməsinə jurnalistlər buraxılmadı -  Fotolar

Bu il aprelin 4-də təhsil aldığı 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayır.

Konkret.az -ın “Qafqazinfo” – ya istinadən əldə etdiyi məlumata görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb.

***

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Məhkəmə başlasa da, jurnalistlər zala buraxılmayıb.

Qeyd edək ki, qanunvericiliyə görə, məhkəmələrin hazırlıq iclası qapalı keçirilə bilməz. Ali Məhkəmənin sədri Ramiz Rzayev bir neçə dəfə bununla bağlı məhkəmələrə xəbərdarlıq etdiyini açıqlayıb.

E. Hacıyevanın atası Ədalət Hacıyev zala buraxılmadığını qeyd edib:

Mən şahid kimi tanındığım üçün zala buraxılmadım. Məhkəmədən hələ ki, bir gözləntim yoxdur, görək necə olacaq. Həkimlərin də məhkəməyə cəlb olunmasını istəyirəm.

Onların da əməllərinə hüquqi qiymət verilməlidir. Həkimlər biləvasitə məsuliyyət daşıyır. Onların uşaqlarının başına belə bir hal gəlsəydi, evlərində sakit otura bilərdilərmi?”

E. Hacıyevanın hüquqi varisi, anası Sevinc Hüseynovanın vəkili vəsatət verərək ibtidai istintaq zamanı kobud prosessual pozuntular baş verdiyini bildirərək işin prokurorluğa qaytarılmasını istəyib. O bildirib ki, həkimlərlə bağlı istintaqda əsaslı araşdırma aparılmayıb. Həkimlər əvvəlcə başqa diaqnoz qoyub, sonra dəyişiblər.

Bunu da əsaslandırıblar ki, Elina çox əl qol atdığı üçün diaqnoz qoya bilmədik. Həkim onun ən geci 1 ay sonra dərsə gedə biləcəyini desə də, qısa müddət sonra Elina vəfat edib. Xalidə Bayramova istintaqa deyib ki, mən evə gedib pul götürüb gəldim ki, Elinanı Mərkəzi Klinikaya aparaq, amma həkimlər buna ehtiyac olmadığını, uşağın yaxşı olduğunu deyiblər.

Uşaq cərrahı da Elinanın əməliyyata ehtiyacı olmadığını deyib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra vəkil növbəti vəsatətində Sevinc Abbasovaya və Təhsil Nazirliyinə qarşı mənəvi təzminat iddiası qaldırıb və buna görə 100 min manat ödənilməsini tələb edib. Mülki iddia icraata qəbul edilib.

S. Abbasova barəsindəki ev dustaqlığı dəyişdirilmədən saxlanılıb.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*