Səxavət Məmməd: “Əsəd rejiminin devrilməsi daha çox Ermənistanı narahat edir”backend

Səxavət Məmməd: “Əsəd rejiminin devrilməsi daha çox Ermənistanı narahat edir”

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi bölgədə yeni reallıq yaradır və bu reallıq fonunda bəzi qaranlıq məqamlara aydınlıq gəlməkdədir. Belə məqamlarda biri Ermənistanla bağlıdır. İndi Suriyada baş verən son hadisələr düşmən ölkədə  geniş müzakirə edilir və Əsəd rejiminin iflasını narahatlıqla qarşılayırlar. Bütün dövrlərdə Ermənistana hərbi-siyasi dəstəyini əsirgəməyən Əsəd 44 günlük müharibədə də Ermənistanın yanındaydı və Qarabağa silahlı dəstələr göndərməkdən də çəkinmirdi. Ümumiyyətlə, Suriya ilə Ermənistanı nə bağlayır və iki ölkə arasında hansı münasibətlər mövcud olub?

KONKRET.az-ın sullarını cavablandıran hərbi ekspert Səxavət Məmməd hesab edir ki, Suriya Ermənistanı daim dəstəkləyib və bunun da səbəbləri çoxdur:

“Ermənilərin məskunlaşdığı  coğrafiyada  Suriyada var. Bundan əlavə, Suriyada yaşayan  ermənilərin sayını şişirdirlər və çox böyük rəqəmlərlə ifadə edirlər.  Ona görə xüsusi rəqəm deməyəcəm. 44 günlük müharəbədən əvvəl  Suriya ermənilərinin Qarabağa gətirilməsi, orada məskunlaşmaları ilə bağlı  ciddi informasiyalar var idi. Bundan əlavə, Suriyadakı bəzi qrupların  Emənistanda, hətta Qarabağda hərbi təlimlərdə iştirak etmələri ilə bağlı əlimizdə kifayət qədər tutarlı məlumatlar olub. Ermənistan bu addımını həmişə Rusiyanın müttəfiqi kimi qələmə verməyə çalışıb. Ermənistan Suriyaya hətta əsgər də göndərmişdi. İrəvanın bu addımlarının arxasında yalnız sırf erməni faktoru dayanır. Təbii ki, burada Ermənistan-İran münasibətləri  və İranın Suriyadakı fəaliyyəti, bu ölkə ilə münasibətləri də mühüm rol oynayır.  Ona görə də Ermənistanla Suriya arasında kifayət qədər ciddi əlaqələr var idi. Türkiyə Bəşər Əsədi dəstəkləmir, onun hakimiyyətdən getməsini istəyirdi. Türkiyə ilə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olması da bu prosesə ciddi təsir göstərirdi. Ona görə də Əsəd Azərbaycan haqqında dezinformasiya yaymaqla məşğul idi. Əsəd iddia edirdi ki, guya Suriyadakı türkmanlardan ibarət silahlılar  Qarabağda Azərbaycan tərəfdən döüyüşlərdə iştirak edir. Bütün bunları təkcə Azərbaycan-Ermənistan deyil, Türkiyə-Azərbaycan, İran-Ermənistan, Ermənistan-Rusiya münasibətlərinə bir başa bağlılığı var. 44 günlük müharibə bitənə qədər Rusiya ilə Ermənistan arasında heç bir problem olmayıb. Əslində elə Qarabağda işğal prosesinin arxasında dayanan əsas güc elə Rusiya idi. Ona görə bu məsələyə qruplaşma kimi yanaşmaq lazımdır”.

Daha sonra suriyalı muzdluların 1-ci və 2-ci Qarabağ müharibələrində iştirakına toxunan hərbi ekspert bildirib ki,suriyadan gələn hərbi qrupların tərkibində qadınlar da olub: “Hətta Ermənistan ordusunun tərkibində bəzi qadın snayperlər var idi ki, onların Suriya ermənilərinə mənsub olmaları barədə əlimizdə tutarlı faktlar var. Qarabağ müharibəsində Bəşər Əsədə  yaxın qrupların  döyüşlərdə iştirakı ilə bağlı sübutlar var. Hətta PKK və PYD-dən də bəzi qrupların Qarabağa göndərilməsi ilə bağlı məlumatlar daxil olmuşdu. Bu cür informasiyaların yayılmasını  Azərbaycan tərəfi məqbul hesab etmədi və Qarabağda vuruşan bütün qüvvələrə Ermənistan qüvvələri kimi yanaşıldı və məhv edildi. Məsələ təkcə bununla bitmir. Qarabağda ermənilər tərəfdən abxazlar, kanadalılar, fransızlar və digər millətlərin nümayəndələri, eləcə də suriyalılar da vuruşublar. Dediklərimizin hamısı faktlarla sübut olunub. Ölmüş hərbçilərin üzərindən çıxan sənədlər bunu sübut edib. Əlbəttə ki, indiki məqamda Əsəd rejiminin devrilməsi Ermənistanı narahat edir. Onlar artıq Suriyadan hərbi və siyasi dəstək ala bilməyəcəklər. İrəvan yaxşı başa düşür ki, hazırkı Suriyada Türkiyənin gücü daha da artıb. Məhz buna görə narahatdırlar”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*