Şeyx Əbdül: “Müəllimlər, şagirdlər az qala şou biznes adamlarını keçiblər”backend

Şeyx Əbdül: “Müəllimlər, şagirdlər az qala şou biznes adamlarını keçiblər”

“Vahid məktəbli geyim forması verilmiş ən yaxşı qərarlardan biridir. Müəllimlər də şagirdlər də az qala şou biznes adamlarını keçiblər. Bunun ümumi əxlaqi bir ölçüsü, dəyəri olmalıdır. Yoxsa kim necə istəyir bəzənir, sanki səhnəyə çıxırlar. Axıradək əməl olunarsa, çox yaxşı qaydalardır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Əbdül Mahmudbəyov (Şeyx Əbdül) deyib.

Xalq artistinin sözlərinə görə, ümumi qayda-qanun, əxlaq, dəyər gözlənilməlidir: “Orta məktəbdə uşaqlar formalaşır. Onlara hansı istiqaməti göstərsən, o üzrə də gedəcəklər. Müəllimlər elə bil səhnəyə çıxırlar, sanki şou adamlarıdır. Saçlarını açırlar, qızıl, brilliant taxırlar və s. O cümlədən də uşaqlar elədir. Birinin imkanı var, digərinin yoxdur. Vahid məktəbli forması mütləq olmalıdır. Müəllimlər də daxil olmaqla şagirdlər üçün də bu qayda mütləqdir. Dəyərləri yavaş-yavaş bərpa etməliyik, nə zamana kimi belə olacaq? Uşaqların arasında heç zaman ayrıseçkilik hiss olunmamalıdır. Obyektiv münasibət bərpa olmalıdır. Uşaqlar geyim, bahalı telefonlar, çantalar haqqında deyil, tədris, dərs haqqında düşünməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*