KXDR lideri Kim Çen In Koreya Xalq Ordusu komandirləri və siyasi zabitlərinin iclasında çıxış edərək, müharibəyə tam hazırlığın təmin edilməsinin vacibliyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb .
Şimali Koreya lideri ABŞ və Cənubi Koreya da daxil olmaqla, düşmən qüvvələrin təhdid xarakterindən danışıb. Xəbər agentliyi Kim Çen Indan sitat da gətirib: “Nüvə qüvvələrini heç bir məhdudiyyət olmadan daim gücləndirməyə davam edəcəyik”.Kim Çen In dünyada qeyri-sabitliyin artmasına da diqqət çəkib və bunun üçüncü dünya münaqişəsinə səbəb ola biləcəyini vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az