Şimali Koreyaya doğru ADDIM SƏSLƏRİ – Dünya müharibəsi bu bölgədən başlayacaqbackend

Şimali Koreyaya doğru ADDIM SƏSLƏRİ – Dünya müharibəsi bu bölgədən başlayacaq

ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi “USS Ronald Reagan” Cənubi Koreyada öz döyüş tapşırıqlarını gözləyir. Şimali Koreya prezidenti Kim Çen In çox gərgin görübür. Doğrudur, onun Rusiya ilə əlaqələri inkişaf etdirmək planı var, amma buna baxmayaraq, Kim Rahat deyil. Çünki Amerika donanmasının gəmiləri Şərqi Çin dənizinin beynəlxalq sularında Cənubi Koreya-ABŞ-Yaponiyanın vaxtaşırı dəniz təlimləri keçirilir.

KONKRET.az xəbər verir ki, Şimali Koreyanın irəliləyən nüvə proqramı, görünür, ABŞ və onun müttəfiqlərini ciddi narahat etməyə başlayıb. Birləşmiş Ştatlar strateji addım kimi ilk olaraq belə bir cavab tədbiri görüb. Bu isə o deməkdir ki, Şimali Koreyaya doğru addım səsləri getdikcə yaxınlaşır. Kim Çen Inın kəşfiyyat məlumatları da ondan xəbər verir ki, Bayden hökumətinin gizli planları icra olunmağa başlamaqdadır.

Amerikanın belə güclü hərbi varlığının yerləşdirilməsi Şimali Koreya liderinin yuxusuna haram qatıb. Pxenyan ola bilsin bir müddət ballistik raket sınaqlarından vaz keçsin.

Bu vəziyyət beynəlxalq münasibətlərdəki gərginlik və güc nümayişlərinin regional sabitliyə və təhlükəsizliyə təsirini anlamaq üçün mühüm nümunədir. Cənubi Koreyanın belə bir Amerika hərbi varlığına ev sahibliyi etməsi və Şimali Koreyanın bu vəziyyətə reaksiyası regionda güc balansı, hərbi strategiyalar və diplomatik əlaqələr üçün vacibdir.

İddia edilir ki, Rusiya Ukraynada uzun sürən müharibə nəticəsində tükənmiş adi silah ehtiyatlarını artırmaq üçün Şimali Koreyadan kömək istəyib. Bunun müqabilində Pxenyan Moskvadan mürəkkəb silah texnologiyaları almaq istədiyini gizlətməyib. Belə narahatlıqların olduğu bir vaxtda Amerika hərbi gəmi qrupunun Cənubi Koreyaya səfəri Şimali Koreyada aləmi bir-birinə vurub.

Bir çox ekspertlər düşünür ki, Kim üzdə özünü sakit göstərsə də, in ABŞ və Cənubi Koreyaya qarşı Rusiyadan başqa istiqamətlərdə yardım istəməkdə davam edir.

Qərblilər, xüsusən də Vaşinqton administrasiyası öz növbəsində Moskva və Pxenyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozduğunu hər addımbaşı dilə gətirir.

Kimin Rusiyaya səfərinin açıq mənbələrdə qeyd olunmayan tərəfləri də var. İki ölkənin hərbi potensialının birləşdirilməsi forması da ciddi müzakirə olunur. Əlbəttə, bu forma yalnız döyüş əməliyyatları zamanı mərkəzi qərargahın birgə idarəolunmasından gedir. Amma belə bir əməkdaşlıq formatını siyasi analitiklər real hesab etmir. Çünki Rusiya bütün hallarda istənilən ölkə ilə münasibətləri qurarkən dominantlığını, “böyüklüyünü” gözə soxmağa çalışır.

Şimali Koreyanın hazırki lideri isə xarici siyasət strategiyasında heç bir faktoru qəbul etmək zəkasında deyil. Ona görə də Şimali Koreyanın Rusiyadan silah texnologiyaları almaq istəyi onun gözünqə qalacaq. Rusların şərtləri qəbul olunmasa, Kim Çen In hərbi potensialını yüksək texnologiyalarla artıra bilməyəcək. Ancaq və ancaq bu cəhdlər beynəlxalq təhlükəsizlik və balans üçün kritik nəticələrə səbəb ola bilər.

Nəticədə Şimali Koreyanın Rusiya ilə yaxınlaşmaq cəhdləri ABŞ-ın yeni strateji addımlarını sadəcə olaraq sürətləndirəcək. Bu, uzunmüddətli perspektivdə beynəlxalq sistemin strukturunu dəyişdirə biləcək həssaslıq yaradır.

Bəzi ekspert və siyasi təhlilçilər hesab edir ki, gözlənilən 3-cü dünya savaşı məhz bu regiondan başlaya bilər.

KONKRET.az-ın ANALİTİK QRUPU

Qeyd: Materialın hazırlanmasında siyasi analitik Zeki Talustan Gültenin məqaləsindən də istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*