“Russia Today” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, Moskva Almaniyanın “Taurus” raketləri ilə Rusiya paytaxtına mümkün hücuma cavab olaraq Berlini hədəfə almaq imkanını müzakirə edir.
KONKRET.az xəbər verir ki, bu barədə Simonyan öz “Telegram” kanalında paylaşım edib.
“Rusiyada müzakirə olunur ki, əgər alman hərbçiləri Moskvanı alman silahları ilə vuracaqsa (və “Taurus” raketləri ilə zərbə endirməyə icazə yalnız bunu deməyə əsas ola bilər, çünki bu raketlər nə xidmət göstərə, nə də başqa uçuş missiyalarında istifadə oluna bilər), o zaman bizim Berlinə hücumdan başqa çarəmiz qalmır”, – Simonyan vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az