SİRLƏR AÇILIR: 2019-cu ildə “Artsax Ermənistandır” qışqıran Paşinyan öz əsl düşüncəsini niyə gizlədib? backend

SİRLƏR AÇILIR: 2019-cu ildə "Artsax Ermənistandır" qışqıran Paşinyan öz əsl düşüncəsini niyə gizlədib? 

“Hakimiyyət öz cinayətlərinin izini itirə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

“2019-cu ildə Qarabağda “Artsax Ermənistandır” deyə qışqıran Paşinyan etiraf edib ki, o zaman da tamamilə əksini düşünüb. Yəni Qarabağın Azərbaycan torpağı olduğunu bilib. Sadəcə o vaxt ermənilərə əsl niyyətini və mövqeyini söyləməyə cəsarət etməyib. Odur ki, hakimiyyət aşkar saxtakarlıq şəraitində öz cinayətlərinin izini heç bir şəkildə silə bilməz”, – Abramyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*