Siyəzən rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən iki sürücü barəsində inzibati tədbir görülüb.
KONKRET.az xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı qaydaları pozan sürücülər müəyyən edilib.
Araşdırmalar zamanı avtoxuliqanlıq hərəkətləri törədən C.Ağayev və C.Rəşidov saxlanılıblar. Onlarla bağlı toplanmış inzibati materiallar baxılması üçün məhkəməyə təqdim olunub.
Məhkəmənin qərarı ilə hər iki sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb. Bundan əlavə, onlar barəsində inzibati həbs və qanunvericilikdə nəzərdə tutulan digər tədbirlər tətbiq edilib.
