Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın tapılıbbackend

Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın tapılıb

Siyəzən rayon sakini, üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb.

Konkret.az bildirir ki, bu barədə Siyəzən Rayon Polis Şöbəsindən məlumat veriblər.

Qeyd olunub ki, qadın ötən ayın 30-u Bakıda tapılıb.

Xatırladaq ki, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

 

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*