“Sizi spiker seçəcəklər, amma spiker olmayacaqsınız” – Ermənistan parlamentində gərginlikbackend

“Sizi spiker seçəcəklər, amma spiker olmayacaqsınız” - Ermənistan parlamentində gərginlik

“Güclü Ermənistan” partiyasının üzvü Ruben Mxitaryan parlamentdə çıxışı zamanı spikerliyə namizəd Ruben Rubinyana sərt mesaj göndərib.

KONKRET.az xəbər verir ki, Mxitaryan bildirib: “Cənab Rubinyan, sizi parlamentin spikeri seçəcəklər, amma siz spiker olmayacaqsınız”.

Müxalifət nümayəndəsinin bu açıqlaması Ermənistan parlamentində hakimiyyət və müxalifət arasında qarşıdurmanın davam etdiyini göstərib.

Mxitaryan hakimiyyətin parlamentdə formal üstünlüyə malik olduğunu, lakin bunun ölkədəki siyasi böhranı aradan qaldırmadığını vurğulayıb.

Qeyd edək ki, Ermənistanın yeni çağırış parlamentinin ilk iclasları hakim “Vətəndaş Müqaviləsi” partiyası ilə müxalifət qüvvələri arasında kəskin siyasi polemikalar fonunda keçir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*