Şöbə ləğv edildi, Aqil Dadaşova yeni vəzifə verildibackend

Şöbə ləğv edildi, Aqil Dadaşova yeni vəzifə verildi

Lənkəran Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.

KONKRET.az xəbər verir ki, icra başçısı Taleh Qaraşov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Aqil Dadaşov struktur dəyişikliyi nəticəsində ləğv edilən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.

O, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl isə 2008-ci ildən Auditorlar Palatasının Lənkəran şəhər təşkilatında mütəxəssis, 2011-ci ildən Yeni Azərbaycan Partiyasının Lənkəran Şəhər təşkilatında təlimatçı, 2017-ci ildən Lənkəran şəhər İcra hakimiyyətində Rəhbərlik şöbəsində mütəxəssis, İctimai siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifələrində çalışıb. (yeni sabah)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*