Kremlə yaxın mənbənin “Proekt” nəşrinə verdiyi məlumata görə, həbs edilən Hüseyn və Ziyəddin Səfərovun cinsiyyət orqanları kəsilib. Məlumatı başqa bir mənbə də təsdiqləyib: “Onlar zorakılığa məruz qalıblar”. Lakin bunun işgəncə zamanı, yoxsa ölümündən sonra baş verdiyi dəqiq bilinmir.
KONKRET.az xəbər verir ki, “Proekt” öz materialında həmçinin “Minval Politika” nəşrinə də istinad edib. Bildirilib ki, Azərbaycanda aparılan ekspertiza Səfərov qardaşlarının cəsədlərində işgəncə izlərini təsdiqləyib: cinsiyyət orqanlarında qançırlar və bud nahiyəsində sıyrıqlar aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl “Minval Politika” çoxsaylı xəsarət izləri olan cəsədlərin fotolarını dərc etmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az