Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.
KONKRET.az Report-a istinadla xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.
Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.
***
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
KONKRET.az Report-a istinadla xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.
Qeyd edək ki, xəbəri ilk olaraq Nyus24.az saytı yayıb.