Ermənistanda vətəndaşlar ictimai nəqliyyatda gediş haqqının artırılmasına qarşı çıxıblar.
KONKRET.az xəbər verir ki, boykota İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyası da qoşulub.
İnsanlar ictimai nəqliyyatda gediş haqqının 100 dram olmasını tələb edirlər.
Onlar tələbləri yerinə yetirilməyənədək sakit dayanmayacaqlarını və küçələrə axışacaqlarını bildirirlər.
Xatırladaq ki, İrəvanda ictimai nəqliyyatın qiyməti bir gediş üçün 150 drama qaldırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az