SON DƏQİQƏ: Rusiya bu respublikaları itirəcək, sonra isə… backend

SON DƏQİQƏ: Rusiya bu respublikaları itirəcək, sonra isə... 

Tanınmış ukraynalı jurnalist və siyasi şərhçi Dmitri Qordon Rusiya Prezidenti Vladimir Putinin xarici siyasətdə uğursuzluqlarını növbəti dəfə gündəmə gətirib. O bildirib ki, Putin artıq Suriyanı, İranı, Ermənistanı və Azərbaycanı itirib, növbədə isə Dağıstan və Çeçenistan var.

Qordonun bu fikirləri Rusiya daxilində mərkəzdənqaçma meyllərinin güclənəcəyi ehtimalını gündəmə gətirib. Maraqlıdır, əgər Kremlin Dağıstan və Çeçenistan üzərində nəzarəti zəifləyərsə, bu, Azərbaycan üçün hansı geosiyasi risklər yarada bilər?

Məsələ ilə bağlı politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, Qordonun fikirləri həm həqiqət, həm də təbliğat elementləri daşıyır:

NATO Kiyev və Türkiyə üçün 50 milyard avrodan çox yardım ayırıb”- Politoloq  | news365.az

“Qordon Ukraynanın vətənpərvər vətəndaşı olaraq bu cür fikirlərlə həm də psixoloji savaş aparır. Rusiya Suriyada, İranda, Ermənistanda və Azərbaycanda mövqelərini xeyli zəiflədib. Ancaq Çeçenistan və Dağıstan məsələsi hələlik Moskvanın tam nəzarətindədir. Mərkəzdənqaçma prosesi başlasa belə, ilkin olaraq bu regionlardan start götürəcək. Bu isə Moskva ilə Çeçenistan və Dağıstan arasında yeni münaqişələrə səbəb olar.”

Taleh Əliyev hesab edir ki, hələlik Rusiya daxilində bu kimi separatçı hərəkətlərin baş verməsi üçün zəmin zəifdir:

“Bu gün Rusiyada ən sadiq rəhbərlərdən biri Çeçenistan lideridir. Onun silahlı birləşmələri Ukraynada Putinə dəstək verir. Yəni hələlik Çeçenistanın Moskvanın nəzarətindən çıxması real deyil.”

Politoloq qeyd edib ki, Rusiya daxilində etniklər arasında gərginlik, mərkəzdənqaçma prosesi yalnız o halda sürətlənə bilər ki, müharibə Rusiya ərazisinə keçsin və rus xalqı arasında dirəniş, oyanış baş versin:

“Bu halda Şimali Qafqaz və Ural bölgəsindəki türk cümhuriyyətlərində də müstəqillik hərəkatları güclənər. Tarixdə də bu regionlarda müstəqil dövlətlər mövcud olub. Moskva zəifləsə, bu proses yenidən aktuallaşar.”

Azərbaycan sərhədlərindəki mümkün risklərə toxunan ekspert bildirib ki, Şimali Qafqazdakı müstəqillik tərəfdarlarının Azərbaycanla problem yaradacağı gözlənilmir:

“Əksinə, bu regionlardan Azərbaycanla sıx münasibət qurmaq istəyənlər olacaq. Keçən əsrin əvvəllərində Dağlılar Respublikası Azərbaycanla birləşmə qərarı vermişdi və Azərbaycan Xalq Cümhuriyyəti onlara ilk dəstəyi göstərmişdi. Əgər bu dəfə də Moskva zəifləsə, həmin bölgələr Azərbaycandan maddi və mənəvi dəstək istəyə bilərlər.”

Taleh Əliyevin fikrincə, Azərbaycanın sərhədlərində təxribat riskləri olsa da, bu, daha çox Rusiyanın özünün həmin bölgələri saxlamaq üçün atacağı addımlardan qaynaqlana bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*