SON DƏQİQƏ: Rusiya-Ukrayna sülh sazişi bu şəhərlərdən birində imzalanacaqbackend

SON DƏQİQƏ: Rusiya-Ukrayna sülh sazişi bu şəhərlərdən birində imzalanacaq

“Son zamanlar Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunması üçün İstanbulun danışıqlar mərkəzinə çevrilməsi sevindirici haldır. Qardaş ölkənin ən böyük şəhərlərindən birinin belə əhəmiyyətli prosesə ev sahibliyi etməsi bizləri də qürurlandırır.

Əvvəlki görüşlərdə, təəssüf ki, ciddi irəliləyişlər əldə olunmadı. Xüsusilə, Rusiya Prezidenti Vladimir Putinin özü deyil, nümayəndə heyəti ilə təmsil olunması müəyyən xəyal qırıqlığı yaratdı. Lakin son günlərdə Prezident Ərdoğanın verdiyi açıqlamalar və dördtərəfli görüş təklifi müəyyən ümidlər doğurur. Buna baxmayaraq, yaxın vaxtda əsaslı irəliləyişlərin əldə olunacağı real görünmür”.

Bu fikirləri siyasi analitik Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında səsləndirib:

Cavanşir Abbaslı

“İstanbulda mütəmadi olaraq Rusiya-Ukrayn müharibəsinin dayandırılması məqsədilə təşkil olunan görüşlər heç şübhəsiz, sülhə doğru atılan ciddi addımlardan biri kimi qiymətləndirilə bilər. İndiyədək bir neçə dəfə əsir mübadiləsi həyata keçirilib və ehtimal ki, bu görüşdə də eyni prosesin şahidi olacağıq. Lakin atəşkəslə bağlı konkret nəticələrdən danışmaq hələ tezdir.
Rusiya-Ukrayna müharibəsinin hələ bir müddət davam edəcəyini düşünürəm. Son aylarda Rusiya cəbhədə müəyyən üstünlüklər qazanıb və Vladimir Putin bu mövqeyini itirmək niyyətində deyil. Xatırlayırsınızsa, birinci İstanbul görüşündən əvvəl Rusiya tərəfi bəzi tələb və şərtlər irəli sürmüşdü. Həmin tələblər isə Ukrayna üçün qəbuledilməz idi. Onsuz da müharibə həmin şərtlərin qəbul edilməməsi səbəbilə başlamışdı. Fikrimcə, 2 iyun tarixində keçirilməsi planlaşdırılan növbəti görüşdə də Rusiya yenidən həmin tələblərin yerinə yetirilməsi mövqeyində dayanacaq, Ukrayna isə bunları qəbul etməyəcək”.

Dördlü danışıqlar məsələsinə gəlincə, ən yaxşı halda yenə də Ərdoğan-Zelenski görüşünün baş tutacağını düşünürəm:

“Vladimir Putinin bu mərhələdə İstanbula gələcəyi inandırıcı görünmür. Əgər Putin iştirak etməsə, ABŞ Prezidenti Donald Trampın da gəlməsi ehtimalı az olacaq Belə görünür ki, bu kimi diplomatik təşəbbüslər davam edəcək və inanıram ki, sonda ya İstanbulda, ya da Ankarada Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair razılaşma imzalanacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*