SON DƏQİQƏ: Ukraynada bu maşınlar vuruldubackend

SON DƏQİQƏ: Ukraynada bu maşınlar vuruldu

Xerson vilayətinin Bilozerka kəndinə humanitar yardımın çatdırılması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) karvanını müşayiət edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü, oktyabrın 15-də ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus öz Facebook səhifəsində məlumat verib.

“Dünən ÜST-nin Ukraynadakı missiya komandası BMT karvanı ilə səyahət edərkən hücuma məruz qalıb. Əməkdaşlarımız təhlükəsizdir və hələ də Belozerka kəndinə tibbi ləvazimatları çatdıra biliblər. Dünya Ərzaq Proqramının iki yük maşını zədələnib. Biz humanitar işçilərin hədəf olmadığını (hücumlar üçün – red.) çox yüksək səslə və ya tez-tez təkrarlaya bilmərik. Humanitar işçilərə hücumlar dayandırılmalıdır”, – o yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*