SOS! “Bunu etməsək, kriminogen vəziyyət nəzarətdən çıxacaq”backend

SOS! "Bunu etməsək, kriminogen vəziyyət nəzarətdən çıxacaq"

Əli Məhərrəmli

Karantin şərtləri milləti hökumətə qarşı çox həssas edib. Vaxtilə diqqətimizi çəkməyən detallara toplum olaraq reaksiya veririk. Dünən Bakı səmasında çoxsaylı dövrə vuran AZAL-a məxsus bir təyyarə təlim-məşq uçuşu həyata keçirib. Camaat hay-küy salıb. Biri yazıb hansısa məmur toyunu təyyarədə edir, biri deyir yəqin qaçırdıblar və s. Hansı ki, bu kimi təlimlər həmişə olub, amma heç vaxt məhəl qoymamışıq.

Bir neçə il əvvəl Azərbaycan ictimaiyyəti ancaq dedi-qodu, şou xəbərlərinə reaksiya verən süst, prosesləri kənardan izləyən bir təəssürat yaradırdısa, artıq toplumun ictimai qınağı “naçalnik razvedkanın sədri”nin istefası ilə nəticələnir. Bu yaxşı haldır, xalq ictimai-siyasi proseslərə yön verir, özünü hansısa banan ölkəsinin yox, hüquqi dövlətin bir parçası hiss etməyə başlayır. Sosial media üzərindən göstərilən haqlı ictimai qınaq bir daha sosial şəbəkələrin əhəmiyyətini önə çıxarır. Amma təəssüflə izlədiyimiz başqa bir nüans var. O da sosial şəbəkələrdə cinayətkar elementlərin, kriminal ünsürlərin qəhramanlaşdırılması, təbliği.

Öz “avtoritetsayağı” paylaşımlarında 20 hərf səhvi buraxan, dar düşüncəli, dövlət və millət üçün heç bir faydası olmayan, iqtisadiyyata bir qəpik əlavə dəyər qazandırmayan “oğru dünyası”, “böyük qardaş” nə bilim gic-gic başqa jarqonlarla danışan, cahil və ictimai təhlükəli kontingent. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm, xüsusilə tik-tok, odnoklassnik, həmçinin digər sosial şəbəkələrdə kriminal keçmişi olan şəxslərə qibtə edən yeniyetmə və gəncləri tapıb profilaktik iş aparsınlar. Lap yeri gəlsə, onları ağır rejimli cəza çəkmə yerlərinə aparıb cinayətkarlığın özləri və cəmiyyət üçün zərərlərini anlatsınlar. Əks halda beş-on ildən sonra kriminogen vəziyyət nəzarətdən çıxanda, biz evimizdən bayıra çıxa bilməyəcik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*