Sosial şəbəkələrdə yayılan işgəncə şəkilləri ilə bağlı DİN-dən AÇIQLAMA – FOTOLARbackend

Sosial şəbəkələrdə yayılan işgəncə şəkilləri ilə bağlı DİN-dən AÇIQLAMA - FOTOLAR

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və “Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolara münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, Nazirliyin Mətbuat xidmətindən Qafqazinfo-ya bildirilib ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır:

“Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil.

O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*