Sosioloq: Vahid məktəbli forması ayrı-seçkiliyin aradan qaldırılmasına kömək edəcəkbackend

Sosioloq: Vahid məktəbli forması ayrı-seçkiliyin aradan qaldırılmasına kömək edəcək

Vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində intizamın gücləndirilməsi, şagirdlər arasında sosial fərqlərin azaldılması və diqqətin tədris prosesinə yönəldilməsi baxımından mühüm addım hesab olunur. Xüsusilə, ailələrin maddi imkanlarına görə uşaqlar arasında fərqlərin yaranmasının qarşısını almaq üçün məktəbli geyimlərinin vahid standartlarla müəyyənləşdirilməsi və dövlət tərəfindən təmin edilməsi müsbət nəticələr verə bilər.

Bəs vahid məktəbli geyiminin tətbiqi təhsil mühitində hansı dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, vahid məktəbli formasının tətbiqini hər zaman dəstəkləyib. Onun sözlərinə görə, müəyyən intizam qaydalarına əməl olunması təhsil keyfiyyətinin yüksəldilməsi baxımından məqsədəuyğun addımdır.

Sosial mənzil alan ailələri daha bir problem gözləyir | KONKRET

“Geyim insanın davranışına və fəaliyyətinə müəyyən dərəcədə təsir göstərən amillərdəndir. Bu baxımdan vahid məktəbli formasının tətbiqi məktəblilər arasında sosial fərqlərin və ayrı-seçkiliyin azalmasına töhfə verə bilər.

Bəzi şagirdlər ailələrinin maddi imkanları məhdud olduğuna görə geyimlərinə görə fərqli münasibətlə üzləşə bilirlər. Vahid məktəbli formasının tətbiqi, xüsusilə də geyimlərin dövlət tərəfindən təmin edilməsi belə halların qarşısını almaq üçün müsbət addım olardı”.

Nail Cəlil vurğulayıb ki, xüsusilə kiçik yaşlı məktəblilərin müəyyən edilmiş ümumi geyim qaydalarından kənara çıxması məqsədəuyğun deyil. Onun sözlərinə görə, vahid forma ilə bağlı ümumi yanaşma təhsilin keyfiyyətinin yüksəldilməsinə, ayrı-seçkiliyin aradan qaldırılmasına və məktəblərdə diqqətin əsasən tədris prosesinə yönəldilməsinə xidmət etməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*