“Sportinq” Ronaldunu trasfer etməkdə israrlıdırbackend

"Sportinq" Ronaldunu trasfer etməkdə israrlıdır

Portuqaliyanın “Sportinq” klubu İngiltərə “Mançester Yunayted”ində çıxış edən Kriştianu Ronaldunun transferi üzərində işi gücləndirib.

KONKRET.az “Foot Mercato” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin idman direktoru Uqu Viana 37 yaşlı hücumçu və onun nümayəndələri ilə əlaqə saxlayıb.

Direktor Ronaldunu karyerasını “Sportinq”də davam etdirməyə çağırıb. Komandanın cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirakı təcrübəli forvardın seçiminə təsir edə bilər.

Qeyd edək ki, Kriştianu Ronaldunun “Mançester Yunayted”lə 2023-cü ilin yayınadək müqaviləsi var. Ronaldu “Sportinq”in yetirməsi olub. O, 1997-2003-cü illərdə bu klubun formasını geyinib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*