Suda yaşayan bütün canlıları yemək olar?backend

Suda yaşayan bütün canlıları yemək olar?

Suda yaşayan bütün canlıların yeyilib-yeyilməməsi və halal olub-olmaması ilə bağlı məsələ son günlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Mövzu ətrafında səsləndirilən müxtəlif fikirlər istifadəçilər arasında fikir ayrılığına səbəb olub.

Bəs İslam dinində suda yaşayan bütün canlıların qida kimi istifadəsinə icazə verilirmi?

KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, çaylarda, dənizlərdə, okeanlarda yaşayan heyvanlarla bağlı fikir ayrılıqları var.

O qeyd edib ki, bu fikir ayrılıqlarının əsas səbəbi insanlar deyil, mənsub olduğu məzhəblərdir: “İslam dinində beş böyük məzhəb var. Cəfəri, hənəfi məzhəbi suda yaşayan heyvanların yeyilməsi ilə bağlı kifayət qədər ehtiyatlı davranır. Bəzən balıq növlərindən bəzilərinin də yeyilməsinə qadağa qoyan fikirlər var. Ona görə hənəfi və cəfəri məzhəbinə mənsub olan fiqh məktəbinin görüşlərini əsas alan insanlar bu məsələdə daha ehiyatlı davranırlar. Amma şafii və maliki məzhəbinə gəlincə isə, onlar dəniz məhsullarından geniş istifadə edirlər. Bəzilərinə məhdudiyyət qoyulur. Demək olar ki, dəniz məhsullarının daha böyük hissəsi üçün “yeyilə bilər” fətvası var. Ona görə bu məzhəblərə mənsub insanlar arasında da müəyyən mübahisələr yarana bilər. Amma hər halda bu fiqh məktəblərinin görüşləridir. Məsələyə konkret “hə”, ya da “yox” deyə bilmirik. Çünki bu məzhəblərin görüşləri var və bunu dəyərləndirmək lazımdır”.

İlahiyyatçının sözlərinə görə, bəzi heyvanlar həm suda, həm də quruda yaşayırlar, bu heyvanlarla bağlı məzhəblərin 95 faizinin baxışları eynidir: “Bu heyvanlardan ehtiyat edirlər, çünki onların sudan çıxdıqları zaman daha vəhşi, yırtıcı hərəkətləri çoxdur. Timsah və timsahabənzər bir çox heyvanlar var ki, yırtıcı tərəfləri var və onlar yeyilmir, yeyilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*