“Sumqayıt” Azərbaycan millisinin üzvü Höccət Haqverdini transfer edib.
KONKRET.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümü “Neftçi”də çıxış etmiş futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Təcrübəli müdafiəçi komandada “3” nömrəli formada çıxış edəcək.