Sumqayıtda gəncin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend

Sumqayıtda gəncin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Oktyabrın 10-u saat 4 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğunda aparılan araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

10:20

Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, oktyabrın 10-da Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*