Sumqayıtda idmançının ölümünə görə həbs edilən ata və oğluna hökm oxundubackend

Sumqayıtda idmançının ölümünə görə həbs edilən ata və oğluna hökm oxundu

İdmançının ölümünə səbəb olan şəxslər hakim qarşısına çıxarılıb. Onlar ata və oğuldur.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılovun isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Prokuror R.İsmayılovun 20 il, Ə.İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Hadisə ötən il Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava olub.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda), qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham verilib.

Məlumata görə, qətlə yetirilən Rasif Həbibov idmançı olub. /Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*