Sumqayıtda işıqfor sürücüləri təəccübləndirdi – VİDEObackend

Sumqayıtda işıqfor sürücüləri təəccübləndirdi – VİDEO

Sumqayıtda işıqforun eyni anda həm qırmızı, həm də yaşıl işığının yanması sürücülər arasında çaşqınlığa və müzakirələrə səbəb olub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Sülh prospektindəki işıqforda hərəkəti qadağan edən qırmızı və düzünə, sağa, eləcə də sola hərəkətə icazə verən yaşıl işıq eyni vaxtda yanır.

Sürücülərin bir qismi bunu cihazda yaranan texniki nasazlıq kimi qiymətləndirib.

Həmin görüntüləri təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*