Sumqayıtda yanğın: Sakinlər təxliyyə edildibackend

Sumqayıtda yanğın: Sakinlər təxliyyə edildi

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin 16-cı məhəlləsində yerləşən yaşayış binasının 16-cı mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb, yanğının yaxınlıqdakı mənzillərə keçməsinin qarşısı alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində binada yaşayan sakinlər təhlükəsiz əraziyə təxliyə olunublar.

Hazırda yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır./Report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*