Sumqayıt şəhərində yerləşən 30 nömrəli tam orta məktəbdə son zəng günü xoşagəlməz hadisə baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Belə ki, məktəbin direktoru Fəridə Cəlilova son zəng tədbiri zamanı əylənən şagirdlərə həqarət edib və onlara qarşı kobud rəftara yol verib. Direktor hətta şagirdləri polislə hədələməkdən belə çəkinməyib.
Bu hal həm şagirdlər və onların valideynləri, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
Sözügedən videonu təqdim edirik:
Müşviq Tofiqoğlu
KONKRET.az