61 illik Baas rejiminə son qoyan müxalif qrupların lideri Heyət Təhrir əl-Şamın lideri Muhammed əl-Colani Suriyanı necə idarə edəcəklərindən danışıb.
KONKRET.az xəbər verir ki, Suriyada yeni pul vahidi yaranacaq.
Alaraby TV-yə danışan Colani, Suriya dövlətini necə idarə edəcəyi ilə bağlı ilk əhatəli açıqlamalarında, “Məcburi hərbi xidmət ləğv ediləcək, silahlı qruplar ləğv ediləcək, silahlar yalnız dövlətin əlində olacaq” ifadələrini işlədib. Colani mövcud pul vahidi sabitləşdikdən sonra yeni pul vahidinin qəbul ediləcəyini də açıqlayıb.
Digər tərəfdən, Colani müsahibədə “Prioritet dağılmış evlərin tikintisi və son mühacirə qədər bütün qaçqınların geri qaytarılması olacaq” deyib./ajansaz