Sürücülərin NƏZƏRİNƏ: Bu halda cərimələnəcəksinizbackend

Sürücülərin NƏZƏRİNƏ: Bu halda cərimələnəcəksiniz

Azərbaycanda bəzi sürücülərin piyada keçidində insanlara yol verərkən və ya sərnişin mindirib-düşürərkən qəza işıqlarını yandırması mübahisə doğuran məsələlərdəndir.

Bəs bu hal qanunvericiliyə uyğundurmu, yoxsa sürücülər buna görə cərimələnə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, qəza işıqları yalnız fövqəladə və nasazlıq halları üçün nəzərdə tutulub.

Sürücülərin NƏZƏRİNƏ: İşıqforlar bu cür işləyə bilər…

“Qəza işıqlarından avtomobildə nasazlıq yarandıqda, təkər partladıqda və ya sürücü nəqliyyat vasitəsini təhlükəsiz şəkildə yolun kənarına çəkə bilmədiyi hallarda istifadə olunmalıdır.
Belə vəziyyətdə həm qəza nişanı qoyulmalı, həm də qəza işıqları yandırılmalıdır. Bu halda cərimə tətbiq edilmir. Xüsusilə, dayanma və durma qadağan olunan yerdə nasazlıq yaranıbsa, bu, əsaslı sayılır”.

Ekspert vurğulayıb ki, piyada keçidində yol verərkən və ya sərnişin düşürərkən qəza işıqlarının yandırılması qanunvericilikdə nəzərdə tutulmayıb:

“O işığın təyinatı bu deyil. Piyadaya yol verərkən qəza işıqlarından istifadə hüquqi əsas daşımır.
Sürücülər qəza siqnallarından yalnız təyinatı üzrə istifadə etməlidirlər. Əks halda, bu, yanlış vərdiş formalaşdırmaqla yanaşı, yol hərəkəti iştirakçıları arasında çaşqınlıq da yarada bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*